finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    NETTY 2026 müsabiqəsinə müraciətlərin qəbulu başladı

    NETTY 2026 müsabiqəsinə müraciətlərin qəbulu başladı

    Noyabrın 2-də Azərbaycanın 21-ci Milli İnternet Mükafatı NETTY2026 üzrə ərizə qəbuluna start verilir. Veb-saytlar, tətbiqlər və sosial media layihələri noyabrın 23-dək www.netty.az  saytında müsabiqəyə təqdim oluna bilər.

    NETTY rəqəmsal layihələrin arxasında duran ideyaları və komandaları tanıtmaq, faydalı təşəbbüslərə diqqət çəkmək və Azərbaycanın rəqəmsal inkişafına töhfə verən işləri qiymətləndirmək üçün keçirilir. Müsabiqə həm tanınmış platformaları, həm də yeni layihələri iştiraka dəvət edir.

    2004-cü ildə təsis edilmiş NETTY Azərbaycanın rəqəmsal mühitinin inkişafına töhfə verən layihələri və informasiya texnologiyaları sahəsində nailiyyətləri müəyyənləşdirir və mükafatlandırır. 2026-cı ildə müsabiqə 21-ci dəfə keçirilir.

    Müsabiqəyə Azərbaycanla bağlı, iştirak qaydalarına uyğun rəqəmsal layihələr təqdim edilə bilər. Təşkilatlar, komandalar və müstəqil müəlliflər öz layihələri ilə müraciət edə bilərlər. Hər layihə əsas təyinatına uyğun bir nominasiya üzrə qeydiyyatdan keçirilir. Veb-saytlar, tətbiqlər və sosial media layihələri ayrı-ayrılıqda qiymətləndirilir.

    NETTY2026-da iştirakçılar üçün qeydiyyat ödənişsizdir. Qeydiyyat haqqı müsabiqənin tərəfdaşı MSolution | Chewick tərəfindən qarşılanır.

    Yeddi əsas nominasiya

    • Elektron dövlət və rəqəmsallaşdırma
    • Rəqəmsal iqtisadiyyat, biznes və fintex
    • Texnoloji innovasiyalar və süni intellekt
    • Elm, təhsil və rəqəmsal savadlılıq
    • Media, mədəniyyət və rəqəmsal kontent
    • Səhiyyə, idman, həyat tərzi və turizm
    • Cəmiyyət, inklüzivlik və dayanıqlı inkişaf

    Seçim və qiymətləndirmə

    Ərizələrin qəbulu 2–23 noyabr 2026-cı il tarixlərində aparılır. Noyabrın 24-dən dekabrın 4-dək Ekspert Şurasının və internet istifadəçilərinin səsverməsi keçirilir. Ekspert Şurası əsas nominasiyaların hər kateqoriyası üzrə üç nominantı, internet istifadəçiləri isə ayrıca “Virtual münsiflər heyətinin seçimi” nominasiyası üzrə üç nominantı müəyyənləşdirirlər.

    Dekabrın 5-dən 15-dək NETTY Akademiyası nominantlar arasından qalibləri seçir. Layihələr üç əsas meyar üzrə qiymətləndirilir: ideya, məzmun və icra.

    Qaliblərin rəsmi elan edilməsi və mükafatlandırma mərasimi 16–18 dekabr tarixləri üçün nəzərdə tutulub. Nominantlar diplomlarla, qaliblər isə NETTY mükafatı ilə təltif olunurlar.

    NETTY2026 tərəfdaşları

    Rəsmi tərəfdaşlar: AZINTELECOM, Bolt for Business

    Tərəfdaşlar: MSolution | Chewick, Ultra, SmartHost, Savalan, Renley, Online.az.

    İnformasiya tərəfdaşları: Report İnformasiya Agentliyi, InfoCity, Technote.az, “Kaspi” qəzeti, Oxu.az, Baku.ws, Baku.TV, Media.az, Azərbaycan Fotoqrafları Birliyi, AutoLife.az, Sapunov Online, Banks.az.

    İştirak üçün ərizə və ətraflı məlumat: https://www.netty.az/az/registration
    Əməkdaşlıq və əlavə suallar: [email protected]

    Oxşar xəbərlər

    Tədbirlər
    NETTY 2026 müsabiqəsinə müraciətlərin qəbulu başladı
    02.11.2026
    NETTY 2026 müsabiqəsinə müraciətlərin qəbulu başladı
    FinTech
    AMFA-nın işgüzar səhər yeməyində maliyyə sektorunun 31 nümayəndəsi iştirak edib
    30.09.2026
    AMFA-nın işgüzar səhər yeməyində maliyyə sektorunun 31 nümayəndəsi iştirak edib
    Maliyyə
    Kredit balını necə artırmaq olar? Bankların diqqət etdiyi 10 vacib amil
    20.07.2026
    Kredit balını necə artırmaq olar? Bankların diqqət etdiyi 10 vacib amil
    Maliyyə
    Niyə kredit müraciətimə imtina verildi?
    14.06.2026
    Niyə kredit müraciətimə imtina verildi?
    Maliyyə
    DTI nədir və niyə vacibdir?
    06.05.2026
    DTI nədir və niyə vacibdir?
    Araşdırmalar
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    24.01.2026
    🧀 Pul parmezan kimi “qoxuyanda”

    Xəbərlər və məqalələr

    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır? 13.01.2026 Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı? 01.07.2025 1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm? 19.06.2025 “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb 02.06.2025 Gecikməsi olanlar bundan sonra kredit ala biləcək 30.05.2025 Ən aşağı faizlə kreditlər Bakıda verilib 29.05.2025 TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər 27.05.2025 Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024
    banks.az
    © 2008–2026 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.