finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Ən aşağı faizlə kreditlər Bakıda verilib

    Ən aşağı faizlə kreditlər Bakıda verilib

    Bu ilin mayın 1-nə Azərbaycanda verilmiş kreditlərin orta illik faiz dərəcəsi ümumilikdə 13,54% təşkil edib.

    banks.az xəbər verir ki, bu qənaətə Mərkəzi Bankın "Regionlar üzrə kredit qoyuluşu" cədvəlindən gəlmək olar.

    Ümumi kredit məbləği isə 28 milyard 96 milyon 517 min manatdır. Lakin bəzi iqtisadi rayonlarda bu göstəricilər həm məbləğ, həm də faiz baxımından nəzərəçarpacaq dərəcədə fərqlənir.

    Azərbaycanda ən aşağı faizli kreditlər Bakı iqtisadi rayonunda verilib.

    Bu regionda təqdim olunan kreditlərin illik orta faiz dərəcəsi 12,19% təşkil edib. Eyni zamanda bu bölgə ölkədə verilmiş kreditlərin ən böyük hissəsini özündə cəmləşdirir.

    Burada 21 milyard 495 milyon 343 min manat həcmində kredit verilib. İkinci ən aşağı faizli kreditlər Naxçıvan iqtisadi rayonunda təqdim olunur.

    Burada kreditlərin orta illik faiz dərəcəsi 14,74%-dir. Kredit məbləği isə 430 milyon 693 min manat təşkil edir.

    Abşeron-Xızı iqtisadi rayonunda verilmiş kreditlərin illik faiz dərəcəsi 16,07%-dir. Bu regionda 1 milyard 133 milyon 76 min manat məbləğində kredit verilib.

    Daha sonra Şərqi Zəngəzur iqtisadi rayonu gəlir. Burada verilmiş kreditlərin faiz dərəcəsi 16,94%, kredit məbləği isə 10 milyon 848 min manat təşkil edir.

    Gəncə-Daşkəsən iqtisadi rayonunda verilmiş kreditlərin faiz dərəcəsi 17,31%, ümumi kredit məbləği isə 835 milyon 449 min manat təşkil edir. Bu göstərici onu göstərir ki, bu regionda da kredit şərtləri ölkə ortalamasından (13,54%) yüksək olsa da, digər bölgələrlə müqayisədə daha sərfəlidir.

    • Teqlər:
    • kredit

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.