finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    AMFA-nın işgüzar səhər yeməyində maliyyə sektorunun 31 nümayəndəsi iştirak edib

    AMFA-nın işgüzar səhər yeməyində maliyyə sektorunun 31 nümayəndəsi iştirak edib

    30 sentyabr 2026-cı il tarixində Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşkilatçılığı və City Group (banks.az) tərəfdaşlığı ilə “Maliyyə bazarında yeni imkanlar: rəqəmsal satış, müştəri cəlbi və bazar təcrübəsi” mövzusunda işgüzar səhər yeməyi keçirilib.

    AMFA-nın “Mikromaliyyəni tanıyaq” təşəbbüsü çərçivəsində təşkil olunan görüşdə maliyyə sektorunun 31 nümayəndəsi iştirak edib.

    Tədbirdə rəqəmsal satış kanallarının inkişafı, müştərilərin cəlb edilməsi, müştəri davranışındakı dəyişikliklər və maliyyə təşkilatları arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub.

    banks.az olaraq hesab edirik ki, rəqəmsal satışın effektivliyi yalnız müraciətlərin sayı ilə deyil, onların keyfiyyəti və müştərinin real ehtiyaclarına uyğunluğu ilə ölçülməlidir.

    2008-ci ildən fəaliyyət göstərən banks.az maliyyə məhsullarının müqayisəsi və istifadəçilərin məlumatlı seçim etməsi üçün rəqəmsal imkanlar yaradır. Platformanın inkişaf etdirdiyi “Maliyyə köməkçisi” həlli istifadəçilərin ehtiyaclarına uyğun maliyyə təkliflərini müəyyənləşdirməyə və müqayisə etməyə kömək edir.

    Məqsədimiz maliyyə təşkilatları ilə əməkdaşlığı genişləndirmək, rəqəmsal müştəri cəlbi proseslərini təkmilləşdirmək və maliyyə bazarında daha effektiv satış kanallarının formalaşmasına töhfə verməkdir.

    Tədbir sektor nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, bazarın mövcud ehtiyaclarını daha yaxından öyrənmək və gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək baxımından faydalı olub.

    banks.az komandası adından tədbirin təşkilinə görə Azərbaycan Mikromaliyyə Assosiasiyasına və iştirak edən bütün maliyyə təşkilatlarının nümayəndələrinə təşəkkür edirik.

    Mənbə: Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA)

    Oxşar xəbərlər

    FinTech
    AMFA-nın işgüzar səhər yeməyində maliyyə sektorunun 31 nümayəndəsi iştirak edib
    30.09.2026
    AMFA-nın işgüzar səhər yeməyində maliyyə sektorunun 31 nümayəndəsi iştirak edib
    Maliyyə
    Kredit balını necə artırmaq olar? Bankların diqqət etdiyi 10 vacib amil
    20.07.2026
    Kredit balını necə artırmaq olar? Bankların diqqət etdiyi 10 vacib amil
    Maliyyə
    Niyə kredit müraciətimə imtina verildi?
    14.06.2026
    Niyə kredit müraciətimə imtina verildi?
    Maliyyə
    DTI nədir və niyə vacibdir?
    06.05.2026
    DTI nədir və niyə vacibdir?
    Araşdırmalar
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    24.01.2026
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    Maliyyə
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    13.01.2026
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?

    Xəbərlər və məqalələr

    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı? 01.07.2025 1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm? 19.06.2025 “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb 02.06.2025 Gecikməsi olanlar bundan sonra kredit ala biləcək 30.05.2025 Ən aşağı faizlə kreditlər Bakıda verilib 29.05.2025 TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər 27.05.2025 Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024
    banks.az
    © 2008–2026 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.