Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti

Yelo Bank şəxsi biznesini qurmaq və ya genişləndirmək istəyənlərə 100 000 manatadək mikro kreditlər təklif edir. Kreditin maksimal müddəti 36 ay, güzəşt müddəti isə 12 ayadəkdir. Mikro krediti Yelo Bank-dan əldə etmək üçün sizin başqa səbəbləriniz də olacaq. Belə ki, mikro kredit götürmək istəyən sahibkarlardan sığorta və ya hesabın açılması kimi xərclər çıxılmır, kreditin rəsmiləşdirilməsi zamanı şərti girov və ya evə baxış da tələb olunmur. Üstəlik sənədləşmə, qərarın verilməsi prosesi də sürətlidir.
Yelo Bank, həmçinin mikro biznes sahiblərinə kreditlərin karta köçürülməsi imkanını da yaradıb. Xidmətdən istifadə etmək üçün yalnız bir dəfə banka yaxınlaşaraq kart almağınız və krediti rəsmiləşdirməyiniz kifayətdir. Növbəti dəfələrdə kredit vəsaiti birbaşa kart hesabına köçürülür. Qeyd edək ki, bu biznes kartı pulsuzdur.
- Teqlər:
- biznes