finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    S&P: "Azərbaycan bankları makroiqtisadi çağırışlara qarşı daha yaxşı dayanıqlılıq nümayiş etdirib"

    S&P:

    Azərbaycanın bank sektoru kreditlərə güclü tələbi stimullaşdıran əlverişli əmtəə qiymətləri və aktivlərin keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşması ilə dəstəklənən uzunmüddətli korreksiyadan sonra bərpa əlamətləri nümayiş etdirir.

    banks.az xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin araşdırmasında deyilir.

    “Bank sektoru son illərdə makroiqtisadi çağırışlara qarşı daha yaxşı dözümlülük nümayiş etdirdiyini hesab edirik və sistemdəki kreditlərin dəyəri və problemli kreditlər əvvəlki gözləntilərimizdən xeyli aşağı olaraq qalır.

    Bank aktivlərinin keyfiyyət göstəriciləri, tarixən aşağı olan problemli kreditlərinə və kredit xərclərinə davamlı yaxşılaşma nümayiş etdirir və bank sektorunun çətin keçən 2020-ci ili, iqtisadi tənəzzülü və aşağı neft qiymətlərini geridə qoyduğuna inanırıq", - S&P hesab edir.

    Problemli kreditlər bu ilin ortalarında rəsmi açıqlanan 3,5%-ə qarşı, illik 4-5%-ə qədər orta dərəcədə pisləşə bilər.

    "Bunu sistem üçün idarə edilə bilən hesab edirik”, - S&P bəyan edib.

    Reytinq agenliyi Azərbaycan banklarının kreditləşməsinin illik təqribən 15% artımla 2022-2023-cü illərdə bərpa olunacağını qeyd edir: “Baza ssenarimizdə kredit xərclərinin 2022-ci ildə və sonrakı dövrdə yüksək olaraq qalacağını proqnozlaşdırırıq ki, bu da əsasən yüksək inflyasiya fonunda ev təsərrüfatlarının və kiçik və orta müəssisələrin sərəncamında olan real gəlirlərinin azalması səbəbindən sonrakı sarsıntıları əks etdirir.

    Eyni zamanda, 2022-2023-cü illərdə kredit itkilərinin tarixi tsiklik səviyyələrdən olduqca aşağı ortalama kredit portfelinin 0,5-1%-i daxilində qalacağına inanırıq. Ev təsərrüfatları və korporativ borclar 2021-ci ilin sonunda ÜDM-in 9%-ni təşkil edib ki, bu da oxşar ölkələrlə müqayisədə aşağıdır”.

    S&P analitikləri, bir neçə illik durğunluqdan sonra, 2022-2023-cü illərdə kreditləşmə aktivliyini bərpasını gözləyirlər: "Bankların ümumi kredit portfeli 2021-ci ildə 17,8%, bu ilin yanvar-iyul aylarında isə 11% artıb. Artım 2022-ci ildə illik 15-17% səviyyəsində sabitləşəcək və 2023-cü ildə də analoji tempdə davam edəcəyini gözləyirik.

    Pərakəndə kreditləşmə 2021-ci ildə 28%, 2022-ci ilin yeddi ayında isə 17% artıb".

    Araşdırmaya əsasən, regionda geosiyasi risklər və iqtisadi çətinliklərlə bağlı artan narahatlıqlar, Azərbaycanda kredit riskinin yaxşılaşdırılmasının davamlılığına və bankların risk iştahına təsir göstərə bilər, eyni zamanda banklar öz kredit portfellərini fəal şəkildə genişləndirdikcə tənzimləmə təkmilləşdirilməsi sınaqdan keçiriləcək: "Ən həssas seqmentlərə və sahələrə məruz qalmalarından və potensial şokların öhdəsindən gəlmək qabiliyyətindən asılı olaraq bəzi bankların digərlərindən daha çox zərbə alacağını gözləyirik".

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.