finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    “Rabitəbank” 29-cu ilini qeyd edir

    “Rabitəbank” 29-cu ilini qeyd edir

    Ölkənin aparıcı banklarından olan “Rabitəbank” ASC, bu il 29-cu ilini qeyd edir. Bank 1993-cü il, 30 iyunda təsis edilmiş və fəaliyyətinin ilk vaxtlarından bugünədək innovativ bankçılıq həlləri ilə müştərilərin rəğbətini qazana bilmişdir.

    Bankın mühüm məqsədlərindən biri müştəri xidməti keyfiyyətinin davamlı inkişafı, göstərilən xidmətləri genişləndirmək, ənənəvi bank xidmətlərini rəqəmsala daşımaq və şərtlərini asanlaşdırmaqdır. Bu, həm Bankın sloqanında – “Rahat bankçılıq”, həm də fəaliyyətində və xidmətlərində öz əksini tapır.

    Hazırda “Rabitəbank” müştərilərə müxtəlif növ bank xidmətləri (hesablaşma-kassa xidmətləri, müxtəlif istehlak və biznes kreditləri, əmanətlər, plastik kartlar, pul köçürmələri, İnternet texnologiyaları əsasında distant bank xidmətləri və s.) göstərir. Hal-hazırki dövrdə bankın aktivləri 1 milyard manat, kredit portfeli isə 600 milyon manata yaxınlaşmışdır. Qeyd etmək istəyirik ki, Rabitəbank-ın flaqman məhsulu olan “Rabita Mobile”, 700-ə yaxın ödəniş növü ilə ölkənin ən böyük ödəniş platformalarından biridir.

    “Rabitəbank” müxtəlif beynəlxalq və xarici maliyyə təşkilatları ilə sıx əməkdaşlıq edir və bu əməkdaşlığın əsas istiqamətlərindən biri də sahibkarlığın kreditləşdirilməsi və ticarətin maliyyələşdirilməsi üzrə müxtəlif layihələrin həyata keçirilməsidir. Bank sahibkarlığın kreditləşdirilməsi və ipoteka kreditlərinin verilməsi üzrə dövlət proqramlarında da aktiv iştirak edir və bu istiqamətdə Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, İpoteka və Kredit Zəmanət Fondu ilə əməkdaşlıq edir. Beynəlxalq qurumlarla əlaqələrini daima genişləndirən Rabitəbank, yaxın keçmişdə “İslam İnkişaf Korporasiyası”, “Deutsche Sparkassenstiftung für internationale Kooperation e.V” fondu və “Qara Dəniz Ticarət və İnkişaf Bankı” ilə uğurlu əməkdaşlıqların bünövrəsini qurmuşdur. “Rabitəbank” Kiçik və Orta Sahibkarlıq seqmentində fəaliyyət göstərən iş adamlarına davamlı maliyyə dəstəyi həyata keçirir. Bunlara kiçik və orta biznes nümayəndələri arasında təchizat zəncirinin maliyyələşdirilməsi, ticarətin maliyyələşdirilməsi, invoysların və sifarişlərin maliyyələşdirilməsi, kənd təsərrüfatında rəqabət qabiliyyətinin gücləndirilməsi üçün biznes krediti məhsulları daxildir.

    Azərbaycanın bank sektoruna gətirdiyi yenilikləri ilə daim öndə olan “Rabitəbank”, 29 illik fəaliyyət dövründə rəqəmsal həllər vasitəsiylə bank xidmətlərinə əlçatanlığı artırmaq və müştərilərin maliyyə savadlılığının yüksəldilməsi istiqamətində mühüm dəyişiklər həyata keçirib. Bank yenilənmiş İnternet Bankçılığı, “Apple Pay” və “NFC” ödənişlərin mümkünlüyü, “Rəqəmsal Kreditləşmə” və bir sıra funksionallıqları ilə daha da təkmilləşdirilmiş Mobil Bankçılığı ilə müştərilərinə rahat və distant bankçılıq xidmətləri göstərməkdədir.

    Rabitəbank fəaliyyətinin 29-cu ildönümü münasibəti ilə bütün müştərilərini, tərəfdaşlarını, səhmdarlarını və əməkdaşlarını təbrik edir, onlara əməkdaşlıq üçün təşəkkürünü bildirir və yeni uğurlar arzulayır.

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.