QIWI şirkəti Azərbaycanın böyük banklarından biri ilə əməkdaşlıq edəcək

Ödəniş və maliyyə xidmətləri göstərən Rusiyanın QIWI şirkəti yaxın zamanlardan Azərbaycanın ən böyük banklarından biri ilə əməkdaşlıq çərçivəsində ölkənin bank sektorunda da fəaliyyətə başlayacaq.
banks.az report-a istinadla xəbər verir ki, bu barədə QIWI şirkətinin Maliyyə Xidmətlərinin Satışı Departamentinin direktoru Roman Çerkayev məlumat verib.
O bildirib ki, planlaşdırılan əməkdaşlıq həmin Azərbaycan bankının müştəriləri üçün ödənişləri əhəmiyyətli dərəcədə asanlaşdırmağa imkan verəcək.
Lakin hələ tam razılıq əldə olunmadığından sözügedən bankın adı açıqlanmır.
“Hesab edirəm ki, ölkənizin bank sektorunda yüksək texnoloji rəqəmsal ödəniş alətləri baxımından müsbət və dayanıqlı artım gözlənilir”, - o əlavə edib.
R.Çerkayev bildirib ki, 5-ci “Nağdsız iqtisadiyyat” Beynəlxalq Bank Forumu sayəsində yeni layihələr və onlarla bağlı müqavilələrin bağlanması gözlənilir.