finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    NETTY 2022-in İnternet Mükafatı davam edir.

    NETTY 2022-in İnternet Mükafatı davam edir.

    Azərbaycanda NETTY2022-in Milli İnternet-Mükafatı davam edir. Hal-hazırda 150-dən artıq müxtəlif ərizələr verilmişdir.
    2022-ci ildə NETTY çərçivəsində saytlar, tətbiqlər və sosial səhifələr arasında resurslar aşağıdakı əsas nomonaiyalar üzrə qiymətləndiriləcək:
    1. Dövlət və Cəmiyyət
    2. İqtisadiyyat və Biznes
    3. Maliyyə və Banklar
    4. Elm, Təhsil və İnnovasiya
    5. Səhiyyə, İdman və Turizm
    6. İnformasiya və Xəbərlər
    7. Mədəniyyət, İncəsənət və Yaradıcılıq
    Maliyyə və banklar - NETTY 2022 üçün yeni nominasiyadır. Nominasiyada maliyyə və investisiya institutlarının, bank və kredit təşkilatlarının, ödəniş sistemləri və xidmətlərinin, birjaların, fondların, sığorta şirkətlərinin və digər maliyyə qurumlarının veb-saytları, tətbiqləri, sosial səhifələri iştirak edə bilər.
    Müsabiqən iştirakçılarının ərizə qəbulu, virtual münsiflər heyətinin və ekspert şurasının formalaşması noyabrın 30-dək tarixədək www.netty.az saytında davam edəcək.
    Ərizələrin qeydiyyatı ödənişlidir. Yalnız təşkilat komitəsi tərəfindən təsdiqlənmiş ərizələr üçün ödəniş linki göndəriləcək və ərizəçilər iştirak etməyə davam edəcək.
    Dekabrın 1-dən 7-dək namizədlərin siyahısını formalaşdırmaqla Ekspert Şurasının və Virtual Münsiflər Heyətinin səsverməsi keçirilir. Dekabrın 8-də NETTY Akademiyası namizədlər arasından qalibləri müəyyən etmək üçün səsverməyə başlayacaq.
    İştirakçıların qiymətləndirilməsi aşağıdakı 3 meyar üzrə aparılır: ideya, məzmun, icra.
    NETTY2022-nin qalibləri mükafatlandırma mərasimində rəsmi olaraq elan edilir. Müsabiqənin bütün nominantları tədbirə dəvətlidir. Tədbir zamanı müsabiqənin nominantları və qalibləri diplomları və rəsmi NETTY mükafatını, həmçinin müsabiqənin tərəfdaşlarından hədiyyələri əldə edirlər. KİV-in və internet-auditoriyaların diqqəti təmin olunur.

    Səsvermənin başlanğıcına qədər müsabiqənin hissəsi olmaq üçün bir neçə variant var - iştirakçı olmaq, virtual münsiflər heyətinin üzvü, müsabiqənin eksperti.
    "İştirakçılar" - mükafatın saytında öz layihələrini, proqramlarını, veb-resurslarını, sosial şəbəkələrdə səhifələrini qeydiyyatdan keçirmiş istifadəçilərdir,
    “Virtual münsiflər heyəti” internet istifadəçilərindən formalaşır. Sosial şəbəkələrdən istifadə edərək mükafatın saytında qeydiyyatdan keçmiş istifadəçilər münsiflər heyətinin üzvü ola və müsabiqəyə namizədlərin seçilməsində iştirak edə bilərlər. Münsiflər heyəti "Virtual Münsiflər Heyətinin Seçimi" nominasiyasında iştirakçıların ümumi sayından üç namizəd seçir.
    “Ekspert Şurası” müsabiqənin təşkilat komitəsinin şəxsi dəvəti ilə formalaşdırılır və dizayn, proqramlaşdırma, marketinq, jurnalistika və s. sahələr üzrə mütəxəssislərdən ibarətdir. Ekspert şurası hər bir nominasiya üzrə və hər istiqamət üzrə üç namizəd seçir.
    “NETTY Akademiyası” Azərbaycanın ictimai, dövlət və biznes strukturlarında çalışan nüfuzlu şəxslərlə təmsil olunur. Akademiya hər bir sahə üzrə mövcud nominasiyaların hər biri üzrə mükafatın yeganə qalibini müəyyən edir.

    Bu ilin mükafatı dəstəkləyən tərəfdaşlarımız:
    Baş tərəfdaş - NAR.
    Mükafatın rəsmi tərəfdaşları: DELL, Gulfstream Distribution LLC, SmartHost, Rasul Hasan Studio, SAVALAN ASPI WINERY, Renley şirkətləridir.
    Ödəniş sistemi – Epoint.
    Layihənin informasiya tərəfdaşları: Infocity jurnalı, Oxu.az, banks.az, Media.az, Kaspi qəzeti.
    Mükafatla əməkdaşlıq üçün [email protected] ilə əlaqə saxlaya bilərsiniz.

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.