finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Necə kredit götürüm ki, borc bataqlığına düşməyim

    Necə kredit götürüm ki, borc bataqlığına düşməyim

    Öz maliyyə imkanlarını düzgün qiymətləndir

    carousel-02.png (709 KB)

    Sadə bir formula var: bütün kreditlər üzrə aylıq ödənişlər gəlirinin 45%-ni keçməməlidir.
    Kredit ödənişlərinin öhdəsindən necə gələcəyini əvvəlcədən düşünməyin vacibdir.
    Yalnız maaşını, pensiyanı və ya digər gəlirini deyil, həm də gözlənilməz halları nəzərə almalısan: işdən çıxarılma, xəstəlik və ya böhran maddi vəziyyətini kəskin şəkildə pisləşdirə bilər.

    İlk önünə çıxan bankdan kredit götürmə

    carousel-03.png (826 KB)

    Yaxşı reklam hər zaman yaxşı bank demək deyil. Bir neçə bankda kredit şərtlərini araşdır.
    Yalnız faiz dərəcəsinə deyil, digər məqamlara da diqqət et: kredit müddəti, cərimələr və gecikmə komissiyaları.
    Digər müştərilərin rəylərini oxu - bank borcalanın çətin maliyyə vəziyyətində güzəşt edirmi?

    Öz hüquqlarını unutma

    carousel-04.png (933 KB)

    Maliyyə vəziyyətin çətinləşdiyində gizlənmə, nömrəni dəyişmə, bank nümayəndəsinə vəziyyətini anlat.
    Bankdan borcunun ödəniş cədvəlini dəyişdirməyi xahiş et - kreditin müddətini artırmaqla aylıq ödənişlərin məbləğini azald. İstənilən halda pulu qaytarmalısan.

    Şərtlərini anlamadığın müqaviləni imzalama

    carousel-05.png (806 KB)

    Tənbəl olma, müqavilənin bütün mətnini oxu, bu, gələcəkdə vaxtına və puluna qənaət edəcəkdir. Kreditin verilməsi və ödənilməsi üçün bütün şərtləri diqqətlə öyrən. Komissiyalara, gecikmiş ödənişlərə görə cərimələrə, əlavə şərtlərə diqqət et.
    Bir şey aydın deyilsə, bank işçilərindən soruş, izahat istə.

    Kredit ödənişlərini gecikdirmə

    carousel-06.png (835 KB)

    Ödəniş cədvəlinə əməl et və kredit ödənişlərini vaxtında ödə.
    Pulun hesaba daxil olması zaman ala bilər, bunu unutma.
    Smartfonunda xatırlatma funksiyası var, ondan istifadə et.

    Krediti bağlamağı unutma

    carousel-07.png (935 KB)

    Son ödənişi etdikdən sonra, bankdan kreditin bağlanması ilə bağlı arayış tələb et.
    Bir neçə həftədən sonra kredit tarixçəni yoxla. Bu yolla sən bankın kredit bürosuna düzgün məlumat təqdim etdiyinə əmin olacaqsan. Bu sənə yeni kredit götürmək istədiyin zaman ödənilməmiş borcunun olmamasını təsdiq edəcək.

    • Teqlər:
    • kredit FAQ

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.