finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Mərkəzi Bank: “Bank sektorunun ümumi likvidliyi 14 milyard manat ətrafındadır”

    Mərkəzi Bank: “Bank sektorunun ümumi likvidliyi 14 milyard manat ətrafındadır”

    Azərbaycanın bank sektorunun ümumi likvid aktivləri 14 milyard manat ətrafındadır, bu da ümumi normativləri iki dəfədən çox üstələyir.

    Bunu Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Fuad İsayev deyib.

    Onun sözlərinə görə, son zamanlar ümumiyyətlə bank sektorunda sabit inkişaf tempi müşahidə olunur: "İzafi likvid vəsaitlərin olması isə banklara həm biznes, həm də istehlak kreditləşməsinə imkan yaradır.

    Faiz dərəcəsinə gəldikdə, son trendlərə nəzər yetirsək, görərik ki, son iki ildə həm istehlak, həm də biznes kreditləri üzrə faiz dərəcələri azalıb. Biznes kreditlərində hazırda faiz dərəcəsi 10-12 % civarındadır. İstehlak kreditlərində isə son iki ildə orta faiz dərəcəsi 23 %-dən 20 %-ə enib. Bununla bağlı statistika Mərkəzi Bankda rüblük əsasda açıqlanır".

    F. İsayev vurğulayıb ki, izafi likvidlik dövlət ipotekaları ilə yanaşı, daxili ipotekaların inkişafına da şərait yaradır: "Bəzi banklarda hazırda bankların daxili imkanları çərçivəsində illik 8-10 %-lik uzunmüddətli ipoteka kreditləri verilir”.

    Departament direktoru xatırladıb ki, “Banklar haqqında” Qanuna görə, banklar tərəfindən kredit faiz dərəcələrinin təyin edilməsi sərbəstdir.

    Qeyd edək ki, bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 38 milyard 462,2 milyon manat təşkil edib.

    Bankların aktivlərinin 15 milyard 513,3 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib.

    Son 1 ildə sektorun kredit portfeli 19,15 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 40,6 %-dən 40,3 %-ə düşüb.

    Hesabat dövründə bank sektorunun öhdəlikləri 22,4 % artaraq 33 milyard 492,9 milyon manata, o cümlədən depozit portfeli 30 % artaraq 26 milyard 938,3 milyon manata çatıb.

    Bunun 9 milyard 032,4 milyon manatı fiziki, 17 milyard 905,9 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 12,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 41,2 % artıb.

    Azərbaycanda 26 bank fəaliyyət göstərir.
    Report

    Oxşar xəbərlər

    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib

    Xəbərlər və məqalələr

    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.