finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    IMF: "Qlobal borc 226 trilyon dollara çatıb"

    IMF:

    "2020-ci ildə qlobal borcda II dünya müharibəsindən sonra ən böyük illik artım olub və bu göstərici 226 trilyon ABŞ dollarına çatıb. Kəskin dinamika pandemiyanın yaratdığı səhiyyə böhranı və dərin resessiya fonunda baş verib.

    banks.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.

    Bildirilir ki, ötən ilin yekunununa görə qlobal borcun ÜDM-ə nisbəti 28 faiz bəndi artaraq 256 %-ə yüksəlib.

    Artımın yarısından bir qədər çoxunu hökumətlərin borclanması hesabına olub, ona görə də qlobal dövlət borcunun ÜDM-yə nisbəti rekord həddə 99 %-ə yüksəlib. Qeyri-maliyyə korporasiyaları və ev təsərrüfatlarının özəl borcları da yeni yüksək həddə çatıb.

    Dövlət borcunun 2007-ci ildə ÜDM-in təxminən 70 %-dən 2020-ci ildə ÜDM-in 124 %-nə yüksəldiyi inkişaf etmiş iqtisadiyyatlarda borc artımı xüsusilə diqqəti çəkir. Özəl borc isə eyni dövrdə daha mülayim templə ÜDM-in 164 %-dən 178 %-nə yüksəlib.

    Bu dövrdə qlobal borc artımının 26 %-i təkcə Çinin payına düşüb.

    İnkişaf etməkdə olan bazarlar (Çin istisna olmaqla) və aşağı gəlirli ölkələr, əsasən yüksək dövlət borcuna görə, qlobal borc artımının hər biri təxminən 1-1,2 trilyon ABŞ dolları olan kiçik paylara sahibdirlər.

    Buna baxmayaraq, həm inkişaf etməkdə olan bazarlar, həm də aşağı gəlirli ölkələr 2020-ci ildə nominal ÜDM-in əhəmiyyətli azalması səbəbindən yüksək borc nisbətləri ilə üzləşirlər.

    Qeyd edək ki, inkişaf etməkdə olan bazarlarda dövlət borcu rekord həddə çatarkən aşağı gəlirli ölkələrdə isə bir çoxlarının borcdan azad olmaq təşəbbüslərindən faydalandığı 2000-ci illərin əvvəllərindən görünməyən səviyyəyə yüksəlib.

    • Teqlər:
    • iqtisadiyyat

    Oxşar xəbərlər

    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib

    Xəbərlər və məqalələr

    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.