Əhalidə Pos-terminallara maraq artıb – Nağdsız ödənişlərin sayı çoxalıb

2020-ci ilin 10 ayı ərzində ölkə daxilində POS-terminallar ilə 1 milyard 678 milyon manat həcmində 38 milyon 109 min əməliyyat nağdsız ödəniş aparılıb.
banks.az xəbər verir ki, bu Mərkəzi Bankın açıqladığı statistika xarakterli məlumatda qeyd olunub. 2019-cu ilin 10 ayında POS-terminallar ilə nağdsız ödənişlərin həcmi 1 milyard 52 milyon manat, sayı isə 19 milyon 772 min təşkil etmişdi.
Bu isə o deməkdir ki, ötən ilin eyni dövrü ilə müqayisədə əməliyyatların cəmi məbləği 626 milyon manat və ya 59,5%, əməliyyatların sayı 18 milyon 337 min və ya 92,7% artıb.
2020-ci ilin Oktyabr ayında POS-terminallar ilə 4 milyon 278 min əməliyyat üzrə 200 milyon manat məbləğində nağdsız ödəniş həyata keçirilib. Ötən ilin oktyabr ayında bu rəqəmlər müvafiq olaraq 2 milyon 426 min və 114 milyon manat idi.
- Teqlər:
- ödəniş sistemləri