finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    “Global Finance” Azərbaycan Beynəlxalq Bankını ən yaxşı bank seçdi

    “Global Finance” Azərbaycan Beynəlxalq Bankını ən yaxşı bank seçdi

    Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “Global Finance” jurnalı müxtəlif regionlar üzrə dünyanın ən yaxşı banklarının siyahısını açıqlayıb. Jurnal ilin qaliblərini seçərkən belə bir meyara əsaslanıb: bunlar COVİD-19 dövründə də yeni texnologiyalara davamlı investisiyalar edən və bunun gələcək inkişafa kömək göstərəcəyinə ümid bəsləyən banklardır. “Global Finance” bu meyara əsaslanaraq Azərbaycan Beynəlxalq Bankını da ən yaxşı bank seçib.

    Bank bu mükafata innovativ layihələrinə, pandemiya dövründə yeni ehtiyacları nəzərə alaraq həyata keçirdiyi texnoloji həllərə, o cümlədən məsafədən xidmət imkanlarına görə layiq görülüb.

    “Global Finance” bu ilin ən yaxşılarını müəyyənləşdirməkdən ötrü seçimi dünyanın 150-dən çox ölkəsinə aid banklar arasında aparıb. Jurnal ekspertlərinin fikrincə, ümumilikdə qlobal bank sistemi pandemiya səbəbindən yaranmış yeni vəziyyətə çevik reaksiya verib. Qlobal bank sistemi və onun bir hissəsi olan Azərbaycan Beynəlxalq Bankı minimal məhdudiyyətlərlə müştərilərə, biznesə fasiləsiz xidmətə davam edib.

    Nəşrin müxtəlif regionlardan müəyyən etdiyi ən yaxşı banklar sırasında Azərbaycan Beynəlxalq Bankı ilə yanaşı, Commerzbank, CitiBank, Société Générale, AkBank, Sberbank, Barclays, J.P.Morgan, UniCredit, Raiffeisen Bank International, HSBC, Credit Suisse və digər banklar da var. Daha ətraflı məlumatlarla buradan tanış olmaq olar.

    Xatırladaq ki, “Global Finance” jurnalı 1987-ci ildən fəaliyyətdədir. Baş ofisi Nyu-Yorkda yerləşir. Jurnal 188 ölkədə 50 mindən çox oxucuya malikdir. Bu auditoriya, əsasən, iri şirkətlərin, o cümlədən beynəlxalq miqyaslı maliyyə qurumlarının qərarverici menecerlərini əhatə edir. Nəşrin hər il ayrı-ayrı banklara təqdim etdiyi mükafatlar maliyyə dünyasında etibarlılıq və üstünlük standartı kimi qəbul olunur. Bankların seçimi korporativ maliyyə qurumlarının rəhbərləri, bankirlər, texnologiyalar üzrə məsləhətçilər, dünyanın müxtəlif ölkələrindən olan maliyyə analitiklərinin rəyləri nəzərə alınmaqla aparılır.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

    • Teqlər:
    • bank

    Oxşar xəbərlər

    Araşdırmalar
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    24.01.2026
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    Maliyyə
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    13.01.2026
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    Maliyyə
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    01.07.2025
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək

    Xəbərlər və məqalələr

    Ən aşağı faizlə kreditlər Bakıda verilib 29.05.2025 TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər 27.05.2025 Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024
    banks.az
    © 2008–2026 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.