finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    “Expressbank” yeni VEB saytını və “ONLAYN NÖVBƏ” xidmətini təqdim edir!

    “Expressbank” yeni VEB saytını və “ONLAYN NÖVBƏ” xidmətini təqdim edir!

    “Expressbank” mövcud dizayn anlayışı ilə müasir rəqəmsal tendensiyalara uyğunlaşan yeni saytını təqdim edir! Bank daha keyfiyyətli və sürətli xidmət göstərmək üçün hər sahədə olduğu kimi rəqəmsal sahədə də innovativ həlləri və modern texnoloji yenilikləri yaxından izləyərək, bu fəlsəfəni öz saytında da tətbiq etmişdir. “Expressbank” bunun bir nümunəsi olaraq müştərilərinin gözləntilərini müsbət şəkildə qarşılamaq, onların bankın məhsul və xidmətlərindən daha rahat və daha operativ şəkildə yararlanması üçün veb saytını tamamilə yeniləmişdir.

    Bankın yeniliklərlə dolu internet saytı həm müasir dizaynı, həm də punktuallaşdırılmış menyusu ilə daha əlçətan və rahat xidmət interferysini özündə cəmləşdirmişdir. Yenidən dizayn edilmiş veb sayt sayəsində siz bankın xidmət və məhsullarını ən müasir formada izləyə, axtarış edərək rahatlıqla tapa, bank haqqında xəbərləri təqib edə və bütün yeniliklərdən xəbərdar ola bilərsiniz.

    Xüsusilə qeyd etmək istərdik ki, bankın yenilənmiş saytında ən diqqət çəkən yeniliklərdən biri də, “Onlayn növbə” funksiyasının əlavə edilməsidir. Müştərilərin məhsul sifarişlərini rahat və vaxt itirmədən etməsi üçün “Onlayn növbə” funksiyası müstəsna rol oynayır. Belə ki müştəri banka gəlmədən “Onlayn növbə” funksiyası vasitəsilə xidmət almaq istədiyi “filial”, “xidmət növünü”, gəlmək istədiyi “tarixi” və “saat” xanalarını seçərək müraciəti üzrə müvafiq məlumatları qeyd edib, təsdiqləyir.

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.