finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Elektron ticarətlə məşğul olanlara Azərbaycan Beynəlxalq Bankından dəstək

    Elektron ticarətlə məşğul olanlara Azərbaycan Beynəlxalq Bankından dəstək

    Elektron ticarətini quran, eləcə də Azərbaycan Beynəlxalq Bankının digər nağdsız ödəniş imkanlarından faydalanan sahibkarların işini asanlaşdırmaq, bizneslərinin inkişafına dəstək olmaq məqsədilə Bank yeni kredit məhsulunu onlara təqdim edib. “E-COM və E-POS Terminal kredit xətti” adlanan kreditdən Bankın POS-terminal, Smart kassa və E-commerce sisteminin bütün istifadəçiləri faydalana bilərlər.

    Bu kreditin əsas üstünlükləri sərfəli faizləri, rəsmiləşdirmə prosesinin maksimum rahatlığı və operativliyidir. Kreditin rəsmiləşdirilməsi zamanı əlavə maliyyə təhlilinə ehtiyac qalmır. Sahibkarlar ehtiyac duyduqları maliyyə vəsaitini qısa zamanda əldə edə bilirlər. Bu məhsul iş adamlarının dövriyyə kapitalının dəstəklənməsinə xidmət edir.

     Kreditin özəllikləri:

    • Məbləğ: 5000 AZN-dən 350 000 AZN-dək
    • Müddət: 12 ay
    • İllik faiz dərəcəsi: 12%-dən başlayaraq
    • Təminatsız

    “E-COM və E-POS Terminal kredit xətti”nin imkanlarından faydalanmaq istəyən sahibkarlar Azərbaycan Beynəlxalq Bankının istənilən filialına müraciət edə bilərlər. Kredit barədə əlavə məlumatları buradan öyrənmək mümkündür.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

    • Teqlər:
    • biznes

    Oxşar xəbərlər

    Araşdırmalar
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    24.01.2026
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    Maliyyə
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    13.01.2026
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    Maliyyə
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    01.07.2025
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək

    Xəbərlər və məqalələr

    Ən aşağı faizlə kreditlər Bakıda verilib 29.05.2025 TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər 27.05.2025 Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024
    banks.az
    © 2008–2026 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.