finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu dəyişməyib

    Dünya Bankı Azərbaycanın iqtisadi artımı ilə bağlı proqnozunu dəyişməyib

    Dünya Bankı (WB) bu il və gələn il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozlarını dəyişməyərək sabit saxlayıb.

    banks.az xəbər verir ki, bu barədə WB-ın “Qlobal İqtisadi Perspektivlər” hesabatının iyun sayında bildirilib.

    Dünya Bankı Azərbaycanın bu il və gələn il iqtisadi artımı ilə bağlı proqnozunu aprel ayı lə müqayisədə dəyişməyərək müvafiq olaraq 2,7 % və 2,2 % səviyyəsində saxlayıb.

    Dünya Bankı 2024-cü ildə isə Azərbaycanda ÜDM-nin 2,3 % artacağını gözləyir.

    “Şərqi Avropadan kənarda yerləşən ECA ölkələrində, Rusiya iqtisadiyyatı ilə sıx iqtisadi əlaqələrə görə Mərkəzi Asiya və Cənubi Qafqazın əksər ölkələrində artımın zəifləyəcəyi gözlənilir. Hər iki subregionda artımın 2021-ci illə müqayisədə 2022-ci ildə təxminən iki dəfə azalacağı gözlənilir. Nəticədə Mərkəzi Asiyada iqtisadi artım 2,4 %-ə, Cənubi Qafqazda isə 3,4 %-ə enəcək.

    Daha yüksək qlobal əmtəə qiymətləri bəzi iqtisadiyyatlarda (Azərbaycan, Qazaxıstan, Özbəkistan) aktivliyin azalmasını yumşaldan gözlənilməz fürsətlər təmin etsə də, bu fürsətlərin məhdud olacağı ehtimal edilir. Bunun ən əsas səbəbi, Azərbaycanda neft sektorunun tam həcmə yaxın işləməsi, Qazaxıstanda isə əsas boru kəmərində kəsinti ilə bağlı təchizat məhdudiyyətləridir.

    Daha geniş mənada, xarici tələbatın və Rusiyadan pul köçürmələrin kəskin azalması, bu iqtisadiyyatların bəzilərinin üzərində yüksək əmtəə qiymətlərindən əldə edilən qazancdan daha böyük təsir göstərəcək", - hesabatda deyilir.

    Dünya Bankı hesab edir ki, Mərkəzi Asiyada, Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq, bu ölkəyə qarşı tətbiq edilən sanksiyalar maliyyə vasitəçiliyi üçün problemlər yaradır:

    "Müharibə Qırğızıstan və Tacikistanda borc problemi riskləri də daxil olmaqla digər təhlükəsizlik zəifliklərini də artırır. Hər iki ölkədə bu il istehsalın azalması, daha geniş fiskal və xarici cari hesab kəsiri və kəskin valyuta ucuzlaşması yaşanacağı gözlənilir”.
    Report

    • Teqlər:
    • iqtisadiyyat

    Oxşar xəbərlər

    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib

    Xəbərlər və məqalələr

    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.