Bundan sonra bank hesabları barədə vergi orqanlarına məlumat veriləcək

Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri bank hesabları barədə məlumatların vergi orqanına təqdim edilməsi ilə bağlıdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən verilən məlumata görə, dəyişiklik bütün vergi ödəyicilərinin şəhadətnamə-dublikat əsasında açılmış hesabları üzrə aparılmış əməliyyatlar barədə aylıq məlumatları bankların vergi orqanına təqdim etməsini nəzərdə tutur.
Növbəti addım olaraq isə "kölgə iqtisadiyyatı"nın həcminin azaldılması istiqamətində vergi orqanlarının apardığı nəzarət tədbirlərinin effektivliyinin artırılması üçün yalnız ƏDV ödəyicilərinin deyil, bütün vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün açılmış bank hesabları barədə məlumatları banklar vergi orqanına təqdim edəcək.
Fineko
- Teqlər:
- vergilər