finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    BOKT-ların riskə getmək imkanları banklarla müqayisədə genişdir

    BOKT-ların riskə getmək imkanları banklarla müqayisədə genişdir

    Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik bülletenə əsasən, ölkədəki bank olmayan kredit təşkilatlarının (BOKT) ümumi kredit qoyuluşundakı payı 3%-ə çatmır.

    Məsələn, bu il yanvarın 1-nə Azərbaycanda kredit qoyuluşu 17,12 milyard manat təşkil edib ki, bunun da 97,3%-ni banklar, 2,7%-ni isə BOKT-lar həyata keçirib.

    Bununla belə, müşahidələr göstərir ki, bankların kreditləşmə sahəsində fəaliyyəti heç də ölkənin bütün yaşayış məntəqələrini əhatə etmir.

    Onlar daha çox paytaxt Bakıda, eləcə də digər iri şəhərlərdə və rayon mərkəzlərində fəaldırlar.

    Ucqar kənd və qəsəbələrdə yaşayanlar isə kredit üçün BOKT-lara üz tutur. Baxmayaraq ki, mikromaliyyə qurumları banklarla müqayisədə kreditləri az qala 2 dəfə baha təklif edir.

    Məsələn, banklardan illik 13-25%-lə borc almaq mümkündürsə, BOKT-larda illik faiz dərəcəsi 20-30% arasında dəyişir. Amma onlar da kredit məhsullarına müştəri tapa bilirlər.

    Bəs BOKT-lar banklarla necə rəqabət aparır?

    banks.az xəbər verir ki, Report bu suala cavab tapmağa çalışıb.

    "BOKT-ların riskə getmək imkanları banklarla müqayisədə genişdir"

    "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin icraçı direktoru Jalə Hacıyeva deyir ki, BOKT-ların banklara rəqabətə dözməsi əsasən onların maliyyə mənbələri ilə bağlıdır: "Bankların maliyyə resursları əsasən dövlət qurumlarından və əhalidən cəlb etdikləri vəsaitlər hesabına formalaşır. BOKT-ların isə maliyyə mənbələri səhmdarlara, xarici investorlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə bağlıdır. Odur ki, BOKT-ların kredit verən zaman riskə getmək imkanları banklarla müqayisədə geniş olur. Çünki onlar dövlətin və əhalinin pulu ilə risk etmirlər".

    Oxşar xəbərlər

    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib

    Xəbərlər və məqalələr

    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.