finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    “Bank Respublika”nın xalis faiz mənfəəti 45,5 mln. manat təşkil edib

    “Bank Respublika”nın xalis faiz mənfəəti 45,5 mln. manat təşkil edib

    Ölkənin ən böyük banklarından biri olan Bank Respublika, 2020-ci ildəki fəaliyyət nəticələrini elan edib. Xarici çağırışlara baxmayaraq, Bank yaxşı maliyyə nəticələri nümayiş etdirərək Azərbaycanın bank xidmətləri bazarında lider mövqeyini möhkəmləndirib.

    1 yanvar 2021-ci il tarixinə bankın aktivləri 1,03 milyard manat təşkil etmişdir ki, bu da banka ölkənin aparıcı beş bankı sırasında yerini qoruyub saxlamağa imkan vermişdir. Açıqlanmış hesabatdan həmçinin görünür ki, Bank davamlı inkişaf üçün kifayət qədər yüksək kapital ehtiyatına malikdir. Belə ki, bankın məcmu kapitalı 7% artaraq 83,9 milyon manat olmuş və minimum məcmu kapital normasını (50 mln. manat) 68% üstələmişdir. I dərəcəli kapitalın adekvatlıq əmsalı 11,19%, məcmu kapitalın adekvatlıq əmsalı isə 16,73% təşkil edib ki, bu da normadan müvafiq olaraq 2,2 dəfə və 1,9 dəfə çoxdur.  Bundan əlavə, bankın kapitalından istifadənin effektivliyini əks etdirən maliyyə levereci əmsalı 5,8% təşkil edib ki, bu da normadan 1,5 dəfə çoxdur.

    COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan karantin tədbirlərinə baxmayaraq, Bank 2020-ci ildə müsbət dinamikanı davam etdirə bilmiş və ilin sonunda bankın xalis mənfəəti 6,02 milyon manat təşkil etmişdir. 2019-cu ilə nisbətən xalis faiz gəliri 10% -dən çox artaraq 45,5 milyon manata çatmışdır. 12 ay ərzində Bank tərəfindən verilmiş kreditlərin ümumi həcmi 369 milyon manatdan çox olmuşdur ki, bunun da əsas hissəsi real sektorun dəstəklənməsinə yönəldilmişdir.

    2020-ci ildə Bank uğurla bank sistemini yeniləyərək yeni çevik bir mikroservis arxitekturasına keçmiş, bu isə, bankın bazarın aktual tələblərinə daha sürətli cavab verməsini təmin etmişdir.

    Bankın etibarlı və səmərəli fəaliyyətinin nəticəsi olaraq, Moody's beynəlxalq reytinq agentliyi, bankın uzunmüddətli kredit reytinqini “stabil” proqnozla B3 səviyyəsində təsdiqlədi. Bu reytinq isə, ölkə bankları arasında olan ən yüksək reytinqlərdən biridir. Bundan əlavə, Bank of New York Mellon bankın beynəlxalq bazarda qüsursuz nüfuzuna əsaslanaraq ABŞ dolları ilə müxbir hesabı açmaq üçün müsbət qərar verdi.

    ““2020-ci il tarixdə Azərbaycan xalqı üçün ən parlaq və yaddaqalan il olaraq qalacaq. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz müharibəni böyük qələbə ilə başa vurdu. Əminəm ki, bu qələbə ölkənin inkişafı yolunda bütün sahələrdə daha da böyük uğurların qazanılmasını təmin edəcəkdir.

    Qlobal pandemiyanın mənfi nəticələrinə baxmayaraq, Bank Respublika zamanında bütün qabaqlayıcı tədbirləri gördü və hədəflərinə çatdı. Bank yüksək nəticələri məhsul və xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi, müştəri xidmətinin keyfiyyətinin yüksəldilməsi, yeni rəqəmsal həllərin tətbiqi və inkişafı sayəsində əldə etmişdir. Mən istərdim dəstəklərinə görə həm yerli, həm də xarici səhmdarlarımıza, eləcə də, yüksək peşəkarlığa və Bankın inkişafındakı əvəzsiz töhfəsinə görə mehriban kollektivimizə xüsusi minnətdarlığımı bildirim. Həmçinin, bankın müştərilərinə və tərəfdaşlarına göstərdikləri etimada görə təşəkkür edir və 2021-ci ildə uğurlar arzulayıram!"- deyə Bank Respublika Müşahidə Şurasının sədri Şakir Rəhimov qeyd edib.

     

    Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

    • Teqlər:
    • gəlir

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.