finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə “İnnovasiya həftəsi”

    Azərbaycan Beynəlxalq Bankının baş sponsorluğu ilə “İnnovasiya həftəsi”

    Ölkəmizdə üçüncü ildir ki, təşkil edilən “InnoWeek – İnnovasiya həftəsi” start götürüb. Dekabrın 19-a qədər davam edəcək tədbirin əsas məqsədi innovativ ideyaların yayılması, startap hərəkatının genişləndirilməsi, gənclər arasında innovativ düşüncə tərzinin inkişaf etdirilməsidir.

    Tədbir Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü, BMT İnkişaf Proqramının, İnnovasiyalar Agentliyinin, “Azercell Telekom” MMC-nin birgə təşkilatçılığı ilə keçirilir.

    Ölkəmizdə innovasiyaların inkişafına ardıcıl dəstək verən Azərbaycan Beynəlxalq Bankı da “İnnovasiya həftəsi”nin baş sponsorlarındandır. Tədbirin digər baş sponsorları isə BP və “BestComp Group” şirkətləridir.

    Həftə çərçivəsində nəzərdə tutulmuş tədbirlər COVİD-19 pandemiyası ilə bağlı məhdudiyyətləri nəzərə alaraq onlayn keçirilir. İnnovasiya ekosisteminin formalaşdırılması prosesinin sürətləndirilməsi, gənc nəslin innovasiya sahəsinə marağının artırılması, o cümlədən, startap ideyalarının reallaşdırılmasına kömək məsələlərinə burada xüsusi diqqət yetiriləcək.

    Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli ölkəmizdə innovasiya ekosisteminin formalaşdırılmasına dəstək tədbirlərinin Bankın fəaliyyətində əhəmiyyətli yer tutduğunu bildirib: “Bu ilin əvvəlində 1-ci IBA Regional Hakatonunu uğurla keçirdik. Bir neçə ay əvvəl yaratdığımız IBA İnnovasiya Mərkəzində isə 12 layihə artıq inkubasiya dövrünü başa çatdırıb. Onlar hazırda investorlara təqdim olunma ərəfəsindədir. Ötən ildən yaratdığımız IBA Tech Akademiyası da fəaliyyətini yeni proqramlarla davam etdirir. Ənənəvi “InnoWeek” tədbirinin məzmunu bizim bu sahədə hədəflərimizlə uzlaşır. Postpandemiya dövründə innovasiyalara maraq daha da artacaq və bu cür layihələr gələcək inkişafa töhfə verəcək”.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

    • Teqlər:
    • innovasiya

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.