finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Azərbaycanda illik inflyasiya 14%-ə yaxınlaşıb

    Azərbaycanda illik inflyasiya 14%-ə yaxınlaşıb

    Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,8%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 119,5%, qeyri-ərzaq məhsulları üzrə 108,3%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,4% təşkil edib.

    banks.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

    Məlumata görə, ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101%, ötən ilin noyabr ayı ilə müqayisədə 115,1% olub.

    Bu ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi oktyabr ayına nisbətən 101,2%, ötən ilin noyabr ayı ilə müqayisədə 120,1% təşkil edib. Ay ərzində ayrı-ayrı ərzaq məhsullarından daha çox artım unun, manna yarmasının, makaron məmulatlarının, peçenyenin, mal və toyuq ətinin, balıq konservlərinin, qatılaşdırılmış şəkərli südün, pendirin, yumurtanın, qarğıdalı yağının, bananın, xiyarın, pomidorun, kartofun, soğanın, şəkər və şəkər tozunun, konfetlərin, çayın, meyvə şirəsinin, azalma isə əsasən narın, heyvanın, xurmanın, almanın, naringinin, limonun, kələmin, çuğundurun, sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki aya nisbətən 101,6%, ötən ilin noyabr ayı ilə müqayisədə 112,1% olub. Ay ərzində qeyri-ərzaq məhsullarından daha çox artım geyimin, ayaqqabıların, polietilen su və kanalizasiya borularının, paltaryuyan maşınların, soyuducuların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dərman vasitələrindən validol və yodun, azalma isə əsasən kəsilmiş taxtaların və sementin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

    Noyanda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi isə oktyabra nisbətən 100,4%, ötən ilin noyabr ayı ilə müqayisədə 110,7% təşkil edib. Ay ərzində əhaliyə göstərilmiş ödənişli xidmətlərdən daha çox artım sabit şəbəkə telefonlarından istifadəyə görə əhali qrupu üzrə aylıq abunə haqqının, mebellərin, məişət cihazlarının, minik avtomobillərinin təmiri, ictimai iaşə, hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətlərində, azalma isə sabit şəbəkə telefonları ilə respublika daxilində şəhərlərarası danışıq haqqının və MDB ölkələri istisna olmaqla hava nəqliyyatı ilə digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
    Report

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.