Azərbaycanda bank sektoru böyüyüb

Mərkəzi Bank bank sektorunun 2022-ci ilin ilk ayı üçün bəzi göstəricilərini açıqlayıb.
banks.az-ın məlumatına görə, sözügedən dövrdə Azərbaycanda 26 bank cari ildə ümumilikdə 58.6 milyon manat xalis mənfəət əldə edib.
Belə ki, banklar yanvar ayı ərzində 189.1 milyon manat faiz gəliri əldə edib ki, bunun da 158.2 milyon manatı kreditlər üzrə gələn faizlər təşkil edib. Faiz gəlirləri ilik müqayisədə 16% artıb.
Bankların faiz xərcləri isə 46.3 milyon manat, qeyri-faiz gəlirləri 71.5 milyon manat, qeyri-faiz xərcləri 91.5 milyon manat təşkil edib.
Beləliklə, sektor cari ilin ilk ayında 89.4 milyon əməliyyat mənfəəti edib, buradan da 16.8 milyon manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar edib və 14 milyon manat mənfəət vergisi ödənilib.
Cari ildə bankların xalis mənfəəti 58.6 milyon manat olub, bu da öncəki ili, 2.3 dəfə üstələyir.
- Teqlər:
- banklar