finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Azərbaycan ticarətin sadələşdirilməsi üzrə BMT-nin qlobal tədqiqatının ilk onluğunda yer alıb

    Azərbaycan ticarətin sadələşdirilməsi üzrə BMT-nin qlobal tədqiqatının ilk onluğunda yer alıb

    Rəqəmsal texnologiyalar və ticarətin davamlı inkişafına dair BMT-nin 2021-ci il üçün Qlobal Tədqiqatının nəticələri dərc edilib. Azərbaycan 2019-cu ilin əvvəlki tədqiqatı ilə müqayisədə ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək nəticələr nümayiş etdirib.

    "APA-Economics"in məlumatına görə, tədqiqat "ÜTT-nin Ticarət prosedurlarının sadələşdirilməsi haqqında" Sazişi (TFA), kağızsız ticarəti və "Asiya-Sakit Okean regionunda transsərhəd kağızsız ticarət prosedurlarının sadələşdirilməsi" Sazişinə aid olan və 140-dan çox ölkə və 50 meyarı və ticarətin davamlı sadələşdirilməsi meyarlarını (kiçik və orta sahibkarlıq müəssisələri (KOSM), kənd təsərrüfatı, qadınlar üçün) əhatə edir. 2021-ci ilin tədqiqatına iki yeni meyar qrupu əlavə edilib: ticarətin maliyyələşdirilməsinə dəstək üzrə və böhran dövründə ticarətə dəstək meyarları.

    Tədqiqat BMT-nin beş regional komissiyası və artan sayda qlobal və regional tərəfdaşlarla birlikdə iki ildən bir həyata keçirilir.

    Ticarət prosedurlarının sadələşdirilməsinin tətbiqi üzrə ortalama dünya göstəriciləri Cənubi və Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarında 65% və 68,8% təşkil edib. 2021-ci ildə Azərbaycan ticarət prosedurlarının sadələşdirilməsi sahəsində yüksək mövqe tutub – 86,02%. Beləliklə, ölkə rəqəmsal və davamlı ticarətə dəstək üzrə MDB (Rusiya – 84,95%, Gürcüstan – 82,8%, İran – 77,42%, Ermənistan – 62,37%) və Mərkəzi Asiya ölkələri (SPECA) arasında (Qazaxıstan – 72,04%, Özbəkistan – 62,37%, Qırğızıstan – 69,89%) lider mövqeyə sahib olub. ESCAP-ın Asiya və Sakit Okean regionunda ticarətin və kağızsız ticarət prosedurlarının sadələşdirilməsi üzrə Tədqiqatında Azərbaycan 9-cu yerdə qərarlaşıb.

    Azərbaycan üçün ticarət prosedurlarının sadələşdirilməsi üzrə meyarların qiymətləndirilməsinin nəticələri:

    • Şəffaflıq – 100%;

    • Rəsmilik – 91,67%;

    • Rəsmi müəyyən edilmiş mexanizmlər və əməkdaşlıq – 88,89%;

    • Kağızsız ticarət – 85,19%;

    • Transsərhəd kağızsız ticarət – 66,67%.

    Ümumilikdə, ölkədə ticarət prosedurlarının sadələşdirilməsi göstəricisi 2019-cu ildəki 81,72%-dən xeyli yüksəlib.

     

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.