Azərbaycan iqtisadiyyatı 6%-dən çox böyüyüb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda 74 155,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
banks.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4% azalıb, qeyri neft-qaz sektorunda isə 9,9% artıb.
ÜDM istehsalının 52,9%-i sənaye, 7,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,8%-i tikinti, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i informasiya və rabitə sahələrinin, 14,3%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,6%-ni təşkil edib
İl ərzində ölkədə adambaşına düşən ÜDM-in dəyəri isə 56,2% artaraq 7 376 manat olub.
- Teqlər:
- iqtisadiyyat