finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Azərbaycan Beynəlxalq Bankından xanımlara hədiyyə

    Azərbaycan Beynəlxalq Bankından xanımlara hədiyyə

    Azərbaycan Beynəlxalq Bankı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə xanımlara xoş bir sürpriz hazırlayıb. Bu gündən başlayaraq Bank ödəniş üzüklərində endirim kampaniyasına start verir. Martın 10-a qədər davam edəcək kampaniya dövründə müştərilərə VISA İnfinite kartları ilə təqdim olunan ödəniş üzüklərini 50%, VISA Platinum kartları ilə təqdim olunan ödəniş üzüklərini isə 30% endirimlə əldə etmək olar. Üstəlik, onlayn sifariş edilmiş üzük və kartlar şəhər daxilində müştərinin ünvanına pulsuz çatdırılacaq.

    Ödəniş üzükləri Azərbaycan Beynəlxalq Bankının ölkəmizə gətirdiyi növbəti innovativ bankçılıq texnologiyalarındandır. Bankın ötən ilin əvvəlindən bazara təqdim etdiyi bu ödəniş vasitəsi təmassız NFC texnologiyası əsasında hazırlanıb. Ödəniş üzükləri adi plastik bank kartının bir çox funksiyalarını yerinə yetirir. VISA kartları ilə təmassız  ödəniş aparmağın mümkün olduğu əksər yerlərdə bu üzüklərdən istifadə edib ödənişləri qısa zamanda həyata keçirmək olar. Ödəniş aparan zaman üzüyün üst hissəsini POS terminala yaxınlaşdırmaq kifayətdir. Bu zaman ödəniş əməliyyatı cəmi 1-2 saniyə ərzində başa çatır. Bankın NFC texnologiyasını dəstəkləyən yeni ATM-lərində də bu üzüklərdən istifadə etmək imkanı var. Üzük su keçirmədiyindən onu ağır zərbələrdən, kimyəvi maddələrin təsirindən qorumaqla həmişə barmaqda gəzdirmək olar.

    Ödəniş üzüklərini şəxsiyyət vəsiqəsi ilə Azərbaycan Beynəlxalq Bankının istənilən filial və ya şöbəsindən və ya onlayn sifarişlə əldə etmək mümkündür.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

    • Teqlər:
    • kampaniya

    Oxşar xəbərlər

    Araşdırmalar
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    24.01.2026
    🧀 Pul parmezan kimi “qoxuyanda”
    Maliyyə
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    13.01.2026
    Bank of Baku və artımın gizli qiyməti: bankın hesabatları nə barədə danışır?
    Maliyyə
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    01.07.2025
    Ən uyğun krediti necə seçməli və artıq ödənişdən necə qaçmalı?
    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək

    Xəbərlər və məqalələr

    Ən aşağı faizlə kreditlər Bakıda verilib 29.05.2025 TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər 27.05.2025 Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib 27.05.2025 Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024
    banks.az
    © 2008–2026 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.