finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    Azərbaycan Beynəlxalq Bankı MDB və Qaf qazın ən innovativ bankları sırasında

    Azərbaycan Beynəlxalq Bankı MDB və Qaf qazın ən innovativ bankları sırasında

    Azərbaycan Beynəlxalq Bankı kiçik və orta biznes sahəsində ən böyük beynəlxalq icmalardan olan SME Banking Club tərəfindən müəyyən edilmiş - MDB və Qafqaz ölkələri arasında kiçik və orta biznesə innovativ imkanlar yaradan 20 ən yaxşı bankın reytinqində öz yerini tutub.

    Ən innovativ banklar sırasında həmçinin Sberbank, AlfaBank, Rayffayzenbank (Rusiya), Priorbank (Belarus), Bank of Georgia (Gürcüstan), Halyk Bank (Qazaxıstan) və digər banklar təmsil olunur. Klubun ekspertləri bu seçimləri il ərzində bank sektorunda baş verən yeniliklərin təhlili, bankların tətbiq etdiyi innovativ texnologiyaların qiymətləndirilməsi əsasında aparıblar. Regionun ən innovativ bankları, əsasən, iki meyar üzrə müəyyənləşib. Bunlar Sahibkarlar üçün rəqəmsal həllər və biznesə fəal maliyyə dəstəyidir. Ötən il bank sektorunda özünü göstərən innovativ yeniliklər, əsas trendlər, ayrı-ayrı bankların effektiv təcrübələri ilə bağlı aprelin 23-də keçiriləcək “Digital Forum 2021” tədbirində ətraflı təqdimatlar olacaq. Hesabat barədə daha ətraflı buradan məlumat əldə etmək olar.

    Qeyd edək ki, innovativlik, müştərilər üçün ən yaxşı rəqəmsal təcrübələrin yaradılması, eləcə də kiçik və orta biznesin maliyyələşdirilməsi Azərbaycan Beynəlxalq Bankının strateji hədəflərində əsas yer tutur. Bank ötən il sahibkarlar üçün bir sıra innovativ imkanlar yaradıb. Eyni zamanda, onların işinə fayda verəcək FinTech texnologiyalarının inkişafı üçün IBA Innovasiya Mərkəzini təşkil edib. Bu mərkəzdə startap layihələrinin akselerasiya və inkubasiyası həyata keçirilir. Azərbaycan Beynəlxalq Bankı sahibkarların işgüzar platforması olan Sahibkarlar Klubunu da yaradıb.

    Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə məlumatları bankın  filial və şöbələrindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

    • Teqlər:
    • innovasiya

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.