finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    ADIF “AGBank”ın əmanətçilərinə ödədiyi pulun 30%-ni geri qaytarıb

    ADIF “AGBank”ın əmanətçilərinə ödədiyi pulun 30%-ni geri qaytarıb

    Dekabrın 16-da Bakıda ləğv prosesində olan “AGBank” ASC-nin Kreditorlar Komitəsinin ilk iclası keçirilib.

    Bu barədə banks.az-a Komitənin sədri seçilmiş hüquqşünas Əkrəm Həsənov məlumat verib.

    Onun sözlərinə görə, iclas Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanındakı inzibati binasında təşkil olunub. İclasda 19 000 kreditordan təxminən 30-u iştirak edib.

    “İclas əsasən təşkilati xarakterli olub. Komitənin sədri mən, katibi isə vəkil həmkarım, II Qarabağ Müharibəsi qazisi Polad Cabbarlı seçilib. Amma hər ikimiz bu vəzifəni hələlik müvəqqəti icra edəcəyimizi bildirmişik. Çünki kreditorların əksəriyyəti iştirak etmir və onların da fikrini öyrənmək lazımdır”, - deyə Ə.Həsənov qeyd edib.

    Onun sözlərinə görə, iclasda məlum olub ki, “AGBank”ın kredit portfeli 181 milyon manatdır. Bunun isə 249 milyon manatlıq təminatı, o cümlədən 180 milyon manatlıq daşınmaz əmlak təminatı var. Bunların arasında ən bahalı əmlak Bankın yerləşdiyi – Bakının Nəsimi rayonunun Cəlil Məmmədquluzadə küçəsi, 102a ünvanındalı “City Point Baku” iş mərkəzidir. Onun 70%-i “AGBank”a, qalan hissəsi isə başqa şəxslərə məxsusdur. Sonuncuların öz payları ilə bağlı Banka könüllü güzəşt edəcəyi gözlənilir. Daşınmaz əmlaklar hələlik satılmayıb, yalnız daşınar əmlaklar satılıb.

    Bundan başqa, “AGBank”ın vəsaitləri 97 milyon manat, o cümlədən nağd vəsaitləri 5 milyon manatdır. ADIF qorunan əmanətlər üzrə 134 milyon manat ödəniş edib və bunun 40 milyon manatını və yaxud təxminən 30%-ni ödənilmiş kreditlərin hesabına geri qaytarıb. Kreditorların tələbi isə təxminən 88 milyon manatdır. Ötən il yarım ərzində Fond ləğv prosesinə 532 min manat sərf edib.

    Kreditorlar Komitəsinin növbəti iclası yanvarın 21-də, saat 11:00-da eyni ünvanda keçiriləcək. Həmin gün həmçinin ləğv prosesində olan “NBC Bank” ASC-nin isə Kreditorlar Komitəsinin ilk iclası olacaq.
    Report

    Oxşar xəbərlər

    FinTech
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    19.06.2025
    1000 manat kredit götürmək istəyirəm. Bunun üçün nə etməliyəm?
    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib

    Xəbərlər və məqalələr

    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib? 30.01.2025 Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.