finlab.az
    az
    • AZ
    • RU
    • EN
    • Əsas səhifə

    ABB Miles yeniliklə gəlir!

    ABB Miles yeniliklə gəlir!

    İndi yay tətilini təxirə salmamaq üçün çox ciddi bir səbəbiniz də var. ABB müştərilərə artıq ABB Miles debet kartları ilə yanaşı, ABB Miles kredit kartlarını da təklif edir. MasterCard World və MasterCard Black Edition növündən olan ABB Miles kartlarını buradan onlayn sifariş etmək, yaxud Bankın bütün filial və şöbələrindən almaq olar. Kartların müddəti 3 illikdir. ABB Miles kartları müştərilərə hissə-hissə ödəniş imkanı verir. Bu kartlarla müştəriyə 60 günədək güzəşt imkanı yaradılır.

    ABB Miles kartları Bankla tərəfdaş məkanlarda müştəriyə alış-veriş zamanı daha çox mil qazandırır. Kəşbək millər formasında toplanır. Müştəri toplanmış milləri sonra təyyarə biletlərinə və otel rezervasiyalarına dəyişə bilir. Milləri həm ölkəxarici, həm də ölkədaxili səyahətlər zamanı dəyişmək mümkündür. ABB Miles ilə toplanmış millər bütün hava yolları şirkətlərində və otellərdə keçərlidir. Hər bir kart sahibi lazımi sayda millər topladıqdan sonra şəxsi kabinetinə daxil olaraq onları istədiyi formada dəyişə bilər. Millərin hesablanması qaydaları ilə buradan tanış olmaq mümkündür.

    Manatla olan ABB Miles kartı hesabındakı vəsait qalığına illik 3%-dək əlavə mil verilir. Mil qazancı hər günün sonuna kartda olan vəsaitə hesablanır və ayın sonunda müştərinin hesabına köçürülür.

    ABB Miles kartlarının bir çox başqa üstünlükləri də var. ABB-nin ATM-lərində ABB Miles kartları ilə nağdlaşdırma zamanı 15.000 manata qədər heç bir komissiya haqqı tutulmur. Kart SMS xəbərdarlıq sisteminə pulsuz qoşulur. Bankın mobil tətbiqində və şəxsi kabinetdə mil balansını yoxlamaq olur.

    • Teqlər:
    • kredit kartı

    Oxşar xəbərlər

    Maliyyə
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    02.06.2025
    “TBC Kredit” BOKT-nin mənfəəti 18 dəfə azalıb
    Maliyyə
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    30.05.2025
    Gecikməsi olanlar bundan sonra kredit ala biləcək
    Maliyyə
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    29.05.2025
    Ən aşağı faizlə kreditlər Bakıda verilib
    Araşdırmalar
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    27.05.2025
    TOP 3 istehlak krediti – yanvar-may 2025 üzrə ən çox müqayisə olunan təkliflər
    Maliyyə
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    27.05.2025
    Banklar 4 ayda kreditlərdən 1 milyard 207 milyon manat gəlir əldə edib
    Maliyyə
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?
    30.01.2025
    Ötən il İKZF-nin xətti ilə nə qədər kredit verilib?

    Xəbərlər və məqalələr

    Bankların cəmi aktivləri 7.8% çoxalıb 30.01.2025 Vaxtı keçmiş kreditlərin həcmi bu qədər azalıb 30.01.2025 İstehlak kredit portfeli ən çox böyüyən banklar 21.10.2024 “Fitch” Azərbaycanın bank sektoru ilə bağlı mühüm siqnallar verdi 17.10.2024 Bankların maliyyə göstəriciləri necə dəyişib? 15.10.2024 9 ayda 67 milyon manata yaxın güzəştli ipoteka krediti verilib 03.10.2024 Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 30.09.2024 BOKT sektoru üzrə mənfəətlik kəskin artıb 27.09.2024 Fitch Solutions: Bu il Azərbaycanda inflyasiya AMB-nin hədəf diapazonuna yaxın olacaq 15.08.2024 Azərbaycandakı bankların cəmi aktivləri 50 milyard manatı ötüb 23.07.2024 İyunda bankların kredit portfeli 271.3 milyon manat artıb 23.07.2024 İpoteka kreditlərinin həcmi 4 milyard manata yüksəlib 28.06.2024 Son bir ildə Azərbaycan banklarının istehlak kredit portfeli bu qədər böyüyüb 28.06.2024 Naxçıvan Bank BOKT-a çevrilir 20.06.2024
    banks.az
    © 2008–2025 , City Group MMC. Materiallardan istifadə edərkən finlab.az saytına mütləq istinad olunmalıdır.
    finlab.az saytı istifadəçilərə daha çox seçim təqdim etmək məqsədilə "cookie" fayllardan istifadə edir.